Batumidən 2 gümüş medalla - FOTO

Xəbərlər
8 Sentyabr 2024 17:03
132
Batumidən 2 gümüş medalla - FOTO

Azərbaycan kamandan oxatanları Gürcüstanda keçirilən 29-cu beynəlxalq turnirdə iştirak ediblər.

İdman.biz xəbər verir ki, Fatimə Hüseynli və Məhəmmədəli Əliyev Batumidə gümüş medal qazanıblar.

Fatimə Hüseynli qadınlar arasında və Məhəmmədəli Əliyevlə birlikdə qarışıq komanda yarışında böyük əzmkarlıq göstərərək finala yüksəlib. Həlledici görüşdə məğlub olan təmsilçilərimiz yarışı 2-ci pillədə başa vurublar.

İdman.biz