Azərbaycan oxatanları Tacikistandan medalla qayıdır - FOTO

Xəbərlər
7 Oktyabr 2024 17:57
556
Azərbaycan oxatanları Tacikistandan medalla qayıdır - FOTO

Tacikistanda kamandan oxatma üzrə Prezident Kuboku keçirilib.

İdman.biz xəbər verir ki, ölkə rəhbəri Emoməli Rəhmonun şərəfinə Xücənd şəhərində təşkil olunan beynəlxalq turnirdə Azərbaycan millisi 3-cü yeri tutub.

Oxatanlarımız Fatimə Hüseynli və Məhəmmədəli Əliyev komanda yarışlarında çıxış edərək, bürünc medala yiyələniblər.

Oxatanlarımız turnirdə Rusiya, İran, Sudan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğısısan da daxil olmaqla 15 ölkə idmançıları ilə yarışaraq yüksək nəticə göstəriblər.

Qeyd edək ki, bu idmançılar avqustda Azərbaycan çempionatında müvafiq olaraq qızıl və gümüş medal qazanıblar.

İdman.biz