Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında qızlar arasında kamandan oxatanlar arasında komanda yarışlarına start verilib.
İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir ki, Zlatoborda baş tutan yarışda Azərbaycan millisi mübarizəyə 1/4 final mərhələsindən başlayıb.
Leyla Əfəndiyeva, Nilufər Ağaməmmədli və Sona Rüstəmlidən ibarət komandamız ilk görüşdə Ukrayna ilə üz-üzə gəlib. Rəqibini 5:3 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Çinə 0:6 hesabı ilə uduzan kamandan oxatanlarımız üçüncü yer uğrunda yarışacaq. Rəqibimiz Türkiyə komandası olacaq.
Finalda isə Çin və Çin Taypeyi qarşılaşacaq.
Qeyd edək ki, həlledici görüşlər aprelin 12-də olacaq.
İdman.biz