Nazim Babayev bürünc səviyyəli turnirdə

Xəbərlər
20 Yanvar 2024 09:26
255
Nazim Babayev bürünc səviyyəli turnirdə

Azərbaycan atleti Nazim Babayev bu gün Çexiyanın Yablonets nad Nisou şəhərində keçiriləcək Dünya Atletikasının bürünc səviyyəli "Yablonets qış turniri"ndə iştirak edəcək.

İdman.biz xəbər verir ki, yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Nazim yarışda uzunluğa tullanma növü üzrə ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, yarış Bakı vaxtı ilə saat 19:00 start götürəcək.

İdman.biz

Məqalədə: