Yay Azərbaycan çempionatı Paris-2024-ə lisenziya xalı verəcək

Xəbərlər
16 May 2024 14:53
195
Yay Azərbaycan çempionatı Paris-2024-ə lisenziya xalı verəcək

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Yay Azərbaycan çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, mayın 17-18-də ADBTİA-nın stadionunda baş tutacaq yarışda Bakı və respublikanın müxtəlif regionlarını təmsil edən 140-a yaxın atlet mübarizə aparacaq.

Milli komandamızın aparıcı üzvlərinin də iştirak edəcəyi ölkə çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün reytinq xallarının toplanması baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Azərbaycan çempionatının açılış mərasimi mayın 17-də saat 17:00-da olacaq.

İdman.biz

Məqalədə: