Ukraynalı atletdən yeni dünya rekordu

Xəbərlər
7 İyul 2024 19:22
147
Ukraynalı atletdən yeni dünya rekordu

Atlet Yaroslava Maquçix hündürlüyə tullanmada yeni dünya rekorduna imza atıb.

İdman.biz xəbər verir ki, ukraynalı idmançı 2,10 metr nəticə göstərib.

22 yaşlı atlet Parisdə keçirilən Briliyant Liqasında bu uğura nail olub. O, 1987-ci ildə bolqarıstanlı Stefka Kostadinovanın nəticəsini 1 santimetr yaxşılaşdırıb.

Qeyd edək ki, Maquçixin əvvəlki ən yaxşı göstəricisi 2,05 metrə bərabər olub.

İdman.biz