Azərbaycan atleti 7-ci pillədə

Xəbərlər
21 İyul 2024 21:52
294
Azərbaycan atleti 7-ci pillədə

Dünyanın ən güclü çəkicatanlarının reytinq siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının üzvü Anna Skidan 7-ci pillədə yer alıb.

Təmsilçimizin hesabında 1280 bal var. Cədvələ kanadalı Kamrin Rocers başçılıq edir. Növbəti pillələrdə amerikalı atletlər - Canni Kasanavoid və Deanna Prays qərarlaşıblar.

Qeyd edək ki, Anna ölkəmizi Paris-2024 Yay Olimpiya Oyunlarında təmsil edəcək.

İdman.biz