Anna Skidan Brilyant Liqada gümüş medal qazanıb

Xəbərlər
26 Avqust 2024 13:57
323
Anna Skidan Brilyant Liqada gümüş medal qazanıb

Azərbaycan atleti Anna Skidan Polşanın Xojuv şəhərində Brilyant Liqa çərçivəsində keçirilən Kamila Skolimovska Memorialında fərqlənib.

İdman.biz xəbər verir ki, o, çəkicatma yarışında fəxri kürsüyə yüksəlib.

Skidan 71.82 m göstərici ilə yarışı gümüş medalla başa vurub.

İdman.biz