Yeniyetmələr arasında dünya çempionu, böyüklər arasında isə 800 m məsafəyə qaçışda mundialın bürünc mükafatçısı keniyalı Kipyeqon Bett 27 yaşında ölüb.
İdman.biz xəbər verir ki, buna onun qaraciyərlərinin və daxili orqanlarının zədələnməsi səbəb olub.
Kipyeqon 2018-ci ildə dopinq nümunəsində “eritropoetin” aşkar edildikdən sonra dörd il diskvalifikasiya olunub. 2022-ci ildə cəzasını çəkdikdən sonra idmana qayıdan keniyalı səhhətində olan problemlərə görə karyerasını davam etdirə bilməyib.
İdman.biz