Böyük Britaniyalı atlet Robbi Fitzibbon 28 yaşında vəfat edib.
İdman.biz xəbər verir ki, bu barədə idmançının klubu “Brayton Feniks” paylaşım edib.
İdmançının ölüm səbəbi haqqında məlumat verilməyib. Onun oktyabrın 7-də vəfat etdiyi açıqlanıb.
Fitzibbon əvvəlcə "Phoenix"ə 12 yaşında qoşulub və Böyük Britaniyanı beynəlxalq səviyyədə, o cümlədən bir neçə "Diamond League" turnirlərində təmsil edib.
Robbinin beynəlxalq səhnədə sonuncu çıxışı 2019-cu ildə Qlazqoda qapalı məkanda Avropa çempionatında olub və burada ayaq biləyindən zədə alıb. Bundan sonra o, bu səviyyədə beynəlxalq yarışlara qatıla bilməyib.
Fitzibbonun gələn il Brayton marafonunda iştirakı gözlənilirdi. Atletin atası oğlunun xatirəsini yad etmək üçün bu marafonda onun yerinə qaçacağını bildirib.
İdman.biz