Azərbaycanın ilk “İronman”ı Firdovsi Kərimov növbəti yarışını uğurla başa vurub.
İdman.biz xəbər verir ki, o, Venesiyada (İtaliya) 42,2 kilometr məsafəlik beynəlxalq marafonda iştirak edib.
Marafon şəhərin 17 körpüsündən, həmçinin mərkəzi meydandan keçib. Kərimov finiş xəttinə çatıb və “bütün məsafəni uğurla qət edən iştirakçı” medalını qazanıb.
Qeyd edək ki, bundan əvvəl o, Almaniya, Latviya və Polşada marafonlarda da gücünü sınayıb.
İdman.biz