Bakıda Dənizkənarı Milli Parkda Gənclər və İdman Nazirliyinin Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 4-cü ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yarışı keçirilib.
İdman.biz xəbər verir ki, “Yeddi gözəl” fəvvarəsinin qarşısından start götürən iştirakçılar 10 kilometr məsafəni qət edərək eyni məkanda finişə çatıblar.
Marafonda kişilər arasında Elman Abişov birinci olub. Samir Hüseynov yarışı ikinci, Musa Mikayilzadə isə üçüncü pillədə başa vurublar.
Qadınlar arasında isə müvafiq olaraq Anna Yusupova, Leyla Abdinova, Natalya Vallek ilk üç yerdə qərarlaşıblar.
Marafonda Gənclər və İdman Naziri Fərid Qayıbov, nazirliyin əməkdaşları və müxtəlif idman təşkilatlarının üzvləri da iştirak edib.
Qeyd edək ki, 10 kilometrlik marafonun start və finiş xətti eyni nöqtə - "Yeddi gözəl" fəvvarəsi olub.
***
10:01
Gənclər və İdman Nazirliyinin Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 4-cü ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yarışı start götürüb.
İdman.biz xəbər verir ki, iştirakçılar mübarizəyə Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından başlayıblar.
Marafonda gənclər və idman naziri Fərid Qayıbov, nazirliklərin əməkdaşları, müxtəlif idman təşkilatlarının nümayəndələri, həmçinin ictimaiyyətin tanınmış simaları da yer alıb.
Marafon 10 km məsafəni əhatə edəcək və fərqlənənlər mükafatlandırılacaqlar.
Qeyd edək ki, qaçışdan toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək.
Aytac Sahəd
İdman.biz