Bakıdakı Respublika Olimpiya Mərkəzində Tofiq Karayev mükafatı uğrunda üçnövçülük üzrə XXVII Azərbaycan çempionatı keçiriləcək.
İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarış 2011-2012 təvəllüdlü idmançılar arasında baş tutacaq. İstedadlı uşaqların müəyyən edilməsi məqsədi daşıyan turnirə 60 və 200 metr məsafəyə qaçış, həmçinin uzunluğa tullanma növbəri daxildir.
Qeyd edək ki, Azərbaycan çempionatı dekabrın 7-də təşkil olunacaq.
İdman.biz