Azərbaycanın ilk "Ironman"i Firdovsi Kərimov növbəti yarışı uğurla başa vurub.
İdman.biz xəbər verir ki, o, Abu-Dabidə (Birləşmiş Ərəb Əmirliyi) beynəlxalq marafonda iştirak edib.
“Qızmar günəş altında 42,2 km qaçdıqdan və finiş xəttini gördükdən sonra işin bütün ağırlığını unudursan. Təşkilatçılara, dostlara və bütün azarkeşlərə yalnız minnətdarlıq hissi keçirirsən”, - deyə Kərimov çıxışından sonra bildirib.
Qeyd edək ki, bu il o, Almaniya, Latviya, İtaliya, Polşa və digər ölkələrdə keçirilən marafonlarda da iştirak edib.
İdman.biz