İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) növbəti sessiyası keçirilib.
İdman.biz xəbər verir ki, tədbirdə Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının tərkibi və rəhbərliyi müəyyənləşib.
Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva da burada yer alıb. Həmyerlimiz Koordinasiya Komissiyasının sədri seçilib.
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları 2005-ci ildən keçirilir.
İdman.biz