Brilyant Liqası apreldə başlayacaq

Xəbərlər
21 Yanvar 2025 15:38
119
Brilyant Liqası apreldə başlayacaq

Atletika üzrə Brilyant Liqası seriyası aprel ayında start götürəcək.

İdman.biz xəbər verir ki, əvvəlki illərdə olduğu kimi, yarış çərçivəsində 14 turnir keçiriləcək.

Ən yaxşı atletlər avqustun 27-28-də İsveçrənin Sürix şəhərində təşkil ediləcək Brilyant Liqası finalında mübarizə aparmaq hüququ qazanacaqlar.

İlk turnir aprelin 26-da Çinin Siamen şəhərində keçiriləcək. İlin ikinci mərhələsinə də Çin ev sahibliyi edəcək. O, mayın 3-də Şanxayda olacaq.

Daha sonra seriya Qətərin Doha və Mərakeşin Rabat şəhərlərində, nəhayət, iyunun 6-da bu il ilk dəfə Avropada - Romada keçiriləcək

Oslo (Norveç), Stokholm (İsveç) və Paris (Fransa) yarışlarından sonra seriya iyulda Yucin (ABŞ), Monte Karlo (Monako) və Londonda (İngiltərə) olacaq.

Brilyant Liqası avqustda finiş xəttinə çatacaq - Sileziya (Polşa), Lozanna (İsveçrə) və Brüsseldəki (Belçika) turnirlərin ardınca final 2022-ci ildən sonra ilk dəfə Sürixə qayıdacaq.

İdman.biz

Məqalədə: