Dünyaca məşhur məşqçi-məsləhətçidən Bakıda təlim

Xəbərlər
11 Fevral 2025 21:16
72
Dünyaca məşhur məşqçi-məsləhətçidən Bakıda təlim

Dünyaca məşhur məşqçi-məsləhətçi Mixal Poqani öz biliklərini Azərbaycan idmançıları və məşqçiləri ilə bölüşəcək.

İdman.bi xəbər verir ki, təlim sabah Bakı Atletika Mərkəzində təşkil olunacaq.

Təlimdə atletika üzrə Çexiya milli komandasının 2 idmançısının iştirakı ilə master-klass keçiriləcək. Poqani üçtəkanla tullanma növü üzrə dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı Şarka Kaşparkova da daxil olmaqla, bir çox uğur qazanmış atletlərlə çalışıb.

İdman.biz