Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda atletika üzrə qapalı məkanda keçirilən Balkan çempionatında ilk medalını qazanıb.
İdman.biz xəbər verir ki, bu uğura üç təkanla tullanma növündə mübarizə aparan Rüstəm Məmmədov imza atıb.
O, 16,30 m göstərici ilə 9 ölkədən 12 idmançının mübarizə apardığı yarışda bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, son dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qalibi olub.
İdman.biz