Bakıda beynəlxalq atletika turniri keçiriləcək

Xəbərlər
18 Fevral 2025 16:47
69
Bakıda beynəlxalq atletika turniri keçiriləcək

Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə Bakı beynəlxalq turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Turnir fevralın 22-23-də keçiriləcək. Yarış Bakı Atletika Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, turnir qapalı məkanda keçiriləcək.

İdman.biz