Azərbaycan atleti Yekaterina Sariyeva növbəti uğuruna imza atıb.
İdman.biz xəbər verir ki, idmançımız Türkiyənin İstanbul şəhərində fərqlənib.
O, Ruhi Sarıalp tullanmalar kubokunda çıxış edib. Yekaterina üçtəkanla tullanmada 13,38 m nəticə ilə ikinci yerin sahibi kimi gümüş medal qazanıb.
Qeyd edək ki, Sariyeva 12 qat Azərbaycan çempionu və qapalı məkanlarda ölkə çempionatının 7 qat qalibidir.
İdman.biz