Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş Bakı Beynəlxalq Turnirində iştirak edəcək ölkələr bəlli olub.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti açıqlayıb.
Gənclər və İdman Nazirliyi ilə federasiyanın təşkilatçılığı ilə keçiriləcək yarışda yerli idmançılarla yanaşı, üç ölkənin atletləri mübarizə aparacaq. Fevralın 22 və 23-də Bakı Atletika Mərkəzində baş tutacaq turnirdə Qazaxıstan, Özbəkistan və Rusiyanın Saxa Respublikasının təmsilçiləri də yarışacaq.
Qeyd edək ki, turnirin açılış mərasimi fevralın 22-də saat 14:30-da keçiriləcək.
İdman.biz