Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş Bakı Beynəlxalq Turnirinin təqvimi bəlli olub.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti açıqlayıb.
Gənclər və İdman Nazirliyi ilə federasiyanın təşkilatçılığı ilə keçiriləcək yarışın açılış mərasimi saat 14:30-da başlayacaq. İdmançıların mübarizəsinə isə 15:10-da start veriləcək.
Öncə 18 yaşadək qızların uzunluğa tullanma yarışı başlayacaq. Ilk mükafatçılar isə bu yaş qrupunda olan qızların 60 m məsafəyə qaçışında sahibini tapacaq.
Qeyd edək ki, yarışa fevralın 23-də yekun vurulacaq.
İdman.biz