Azərbaycanlı texniki nümayəndə beynəlxalq turnirdə

Xəbərlər
22 Fevral 2025 13:42
42
Azərbaycanlı texniki nümayəndə beynəlxalq turnirdə

Atletika üzrə texniki nümayəndə Teymur Axundov təyinat alıb.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyası açıqlayıb.

O, Türkiyədə keçirilən idman yerişi üzrə bürünc səviyyəli beynəlxalq yarışda texniki nümayəndə funksiyasını yerinə yetirəcək. Axundovun təyinatı Dünya Atletikası tərəfindən gerçəkləşib.

Qeyd edək ki, turnir Antalya şəhərində təşkil olunacaq.

İdman.biz

Məqalədə: