Azərbaycan atleti Avropa çempionatına lisenziya qazanıb

Xəbərlər
27 Fevral 2025 13:01
85
Azərbaycan atleti Avropa çempionatına lisenziya qazanıb

Azərbaycan atleti Rüstəm Məmmədov Avropa çempionatına vəsiqə qazanıb.

İdman.biz xəbər verir ki, üçtəkanla tullanmada Balkan çempionu olan idmançımız bu növ üzrə qitə çempionatına lisenziya əldə edib.

O, martın 6-9-da keçiriləcək yarışda mübarizə aparacaq. Atletimiz Niderlandın Apeldorn şəhərindəki çempionatda mükafatlar üçün yarışacaq.

İdman.biz