Firdovsi Kərimov İtaliya marafonunda

Xəbərlər
17 Mart 2025 17:02
67
Firdovsi Kərimov İtaliya marafonunda

Azərbaycanın ilk Ironmanı Firdovsi Kərimov bu il növbəti marafona qatılıb.

İdman.biz xəbər verir ki, o, Romada keçirilən beynəlxalq marafonda iştirak edib.

Kərimov 42,2 km məsafəni uğurla qət edərək finiş xəttini keçib.

Bu, Ironmanımızın cari ildə İtaliyada ikinci startıdır. Bundan əvvəl Kərimov Ternidə çıxış edib.

İlin əvvəlindən isə idmançımız Dubay və Mərakeş marafonlarında da qaçıb.

İdman.biz