Arman Duplantis ardıcıl 3-cü dəfə dünya çempionu olub

Xəbərlər
22 Mart 2025 19:50
54
Arman Duplantis ardıcıl 3-cü dəfə dünya çempionu olub

İsveçli şüvüllə tullanan Arman Duplantis növbəti dəfə dünya çempionu olub.

İdman.biz xəbər verir ki, o, qapalı məkanlarda ardıcıl üçüncü dəfə bu uğura imza atıb.

Nankində (Çin) keçirilən yarışda 25 yaşlı atlet 6,15 m hündürlüyü dəf edərək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Duplantis yunan Emmanuil Karalis (6,05 m) və amerikalı Sem Kendriksi (5,90 m) qabaqlayıb.

Qeyd edək ki, Arman 2022-ci ildə Belqrad, 2024-cü ildə isə Qlazqoda təşkil olunan dünya çempionatlarında birinci yeri tutub.

İdman.biz