Qəbələ - Xankəndi ultramarafonu: ilk mərhələyə yekun vurulub - FOTO - VİDEO

Xəbərlər
10 Aprel 2025 12:26
126
Qəbələ - Xankəndi ultramarafonu: ilk mərhələyə yekun vurulub - FOTO - VİDEO

Qəbələ - Xankəndi ultramarafonunda ilk mərhələyə yekun vurulub.

İdman.biz xəbər verir ki, ultramarafon iştirakçıları Qəbələdən Ağdaşa kimi 55 kilometr məsafə qət ediblər.

İlk mərhələnin qalibi türkiyəli atlet Üzeyir Söyləməz olub. İkinci yeri onun həmyerlisi Ömər Alkanoğlu, üçüncü yeri isə gürcüstanlı Giorgi Lomidze tutub.

Ultramarafon iştirakçıları bundan sonra Ağdaş - Bərdə (65 kilometr), Bərdə - Ağdam (44 kilometr) və Ağdam - Xankəndi (28 kilometr) mərhələləri üzrə yarışacaqlar. Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən marafona aprelin 13-də yekun vurulacaq.

Aytac Sahəd
İdman.biz