Qəbələ - Xankəndi ultramarafonunda ikinci mərhələ keçirilib.
İdman.biz xəbər verir ki, iştirakçılar Ağdaşdan Bərdəyə 65 kilometr məsafəni qət ediblər.
İkinci mərhələnin mükafatçıları:
Kişilər
1. Üzeyir Söylemez (Türkiyə) - 4:35.03
2. Ömer Alkanoğlu (Türkiyə) - 4:39.15
3. Murat Kaya (Türkiyə) - 4:49.05
Qadınlar
1. Olena Şevçenko (Ukrayna) - 5:05.19
2. Hasibe Demir (Türkiyə) - 5:20.34
3. Maria Kolpakova (Rus) - 5:57.28
İlk mərhələdə isə idmançılar Qəbələdən Ağdaşa kimi 55 kilometr məsafəni qaçmışdılar.
Ultramarafon iştirakçıları növbəti iki gündə Bərdə - Ağdam (44 kilometr) və Ağdam - Xankəndi (28 kilometr) mərhələləri üzrə yarışacaqlar. Hər mərhələnin qalibləri ayrıca təltif edilir, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən marafona aprelin 13-də yekun vurulacaq.
İdman.biz