Qəbələ-Xankəndi ultramarafonu: sonuncu mərhələyə start verilib - FOTO

Xəbərlər
13 Aprel 2025 10:18
84
Qəbələ-Xankəndi ultramarafonu: sonuncu mərhələyə start verilib - FOTO

Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, Ağdamdan başlayan mərhələyə bu gün Xankəndidə yekun vurulacaq.

Ultramarafon iştirakçıları sonuncu yarış günündə 28 kilometr məsafə qət edəcəklər.

Qeyd edək ki, marafon “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürüb.

Ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun əvvəlki mərhələləri Qəbələdən Ağdaşa (km), Ağdaşdan Bərdəyə (65 km) və Bərdədən Ağdamadək (44 km) olub. Əvvəlki üç mərhələnin qalibləri ayrıca təltif edilib. Ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Aytac Sahəd
İdman.biz