Cavid Qurbanov Bakıda ilk dəfə keçirilən ultramarafonla bağlı münasibət bildirb

Xəbərlər
24 Noyabr 2023 17:28
256
Cavid Qurbanov Bakıda ilk dəfə keçirilən ultramarafonla bağlı münasibət bildirb

"İdmanın kraliçası adlandırılan atletikanın növləri çoxdur. Onlardan birini bu gün Avropa Atletika Federasiyası ilə bərabər keçirdik - 100 km-lik ultramarafon yarışı baş tutdu".

İdman.biz xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Atletika Federasiyasının Prezidenti Cavid Qurbanov deyib.

O bildirib ki, ultramarafon yarışı Azərbaycanda ilk dəfə olaraq keçirilb: “Bu günkü yarışda kişilər arasında türk vətəndaşı qalib gəlib. İkinci yerə isə Ağstafa sakini layiq görülüb. Bizim yalnız bir devizimiz var - "Sağlamlıq". İdman sağlamlıqdır və hər zaman güclü olanın qalib gəlməsini arzulayırıq".

Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunan 100 km məsafəyə ultramarafon qaçışı keçirilib. Ağ şəhər bulvarından Su İdman Sarayının arxa hissəsi istiqamətində 5 dairəni əhatə edən yarışın qalibi 7:37.56 göstərici ilə Üzeyir Söylemez olub. İkinci yeri isə Ağa Əliyev tutub.

Banuçiçək Hüseynli
İdman.biz