“20 ildir ki, peşəkar şəkildə atletika ilə məşğul oluram. Bu yarışa dəvət etdikləri üçün Azərbaycan Atletika Federasiyasına minnətdarlığımı bildirirəm”.
İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda keçirilən ultramarafon yarışının qalibi Üzeyir Söylemez deyib.
Türkiyəli atlet Bakı şəhərini çox sevdiyini vurğulayıb: “Buradakı insanların mənəviyyatları çox başqadır. Hər zaman dediyimiz kimi, biz iki dövlət bir millətik. Özümü vətənimdəki kimi hiss edirəm”.
O bildirib ki, karyerasında ilk dəfə olaraq 100 kilometrlik qaçışda iştirak edib: “Hər şey çox yaxşı şəkildə təşkil olunmuşdu. Bütün iştirakçılarımıza uğurlar arzu edirəm”.
Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunan 100 km məsafəyə ultramarafon qaçışı keçirilib.
Banuçiçək Hüseynli
İdman.biz