Minifutbol üzrə Azərbaycan çempionatında qeyri-adi qol vurulub.
İdman.biz xəbər verir ki, bu, ilk tur çərçivəsində baş tutan “Abşeron” – “Birbaşa Bakı” oyununda qeydə alınıb.
Son çempionun futbolçusu Müseyib Vəliyev fərqlənib. 5-ci topu rəqib qapısından keçirən oyunçu qol sevincini də gülərək qeyd edib.
Matç “Birbaşa Bakı”nın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.biz