Bu gün Türkiyə Superliqasınıın 15-ci turuna start verilib.
İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev “Qalatasaray”a qarşı çıxış edib.
“Adana Dəmirspor” səfərdə son çempionun qonağı olub. 3:1 hesabı ilə yekun qarşılaşmada meydan sahibləri sonuncu qolu penalti zərbəsindən vurublar. Buraxılan ilk iki topda Şahruddinin ciddi səhvləri qeydə alınmayıb.
Qeyd edək ki, “Adana Dəmirspor” ardıcıl 5-ci oyunda xal itkisi ilə üzləşib. Məhəmmədəliyevin komandası 15 oyundan sonra 23 xalla 5-ci pillədə yer alıb. 40 xal toplayan "Qalatasaray" 1-ci pilləyə yüksəlib
Türkiyə Superliqası
15-ci tur
Qalatasaray – Adana Dəmirspor – 3:1
İdman.biz