Adrian Mutu: "Etdiyi səhv onun üçün dərs olar, bundan nəticə çıxarar"

Müsahibə
27 Avqust 2023 21:25
190
Adrian Mutu: "Etdiyi səhv onun üçün dərs olar, bundan nəticə çıxarar"

"Çətin oyun oldu. Amma üç xalı qazandıq. Azlıqda qalsaq da, rəqibdən daha yaxşı mübarizə apardıq. Çox qol epizodu yaratmağı bacardıq".

İdman.biz xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 4-cü turunun "Qəbələ"(2:0) ilə keçirilən oyundan sonrakı mətbuat konfransında deyib.

- Sol cinah müdafiəçisi transfer etməyi planlaşdırırsız?
- Düşünmürəm ki, Kenni Sayefin bu gün oyununda problemlər oldu. Özünü yaxşı tərəfdən göstərdi. Həmin mövqedə Azər Əliyev də var. O mövqeyə oyunçu fikirləşmirik.

- Demişdiz ki, sağ cinah vingeri və hücumçu transfer edəcəksiz. Məsələlər nə yerdədir?
- Bəli, elədir. Danışıqlar yekunlaşmaq üzrədir. Bir neçə günə transferlər bitəcək.

- Premyer Liqada bir ayı geridə qoyursuz. Gələcəklə bağlı hədəfləriniz, ümidiniz nəyədir?
- Düşünürəm ki, qarşıda qoyulan məqsədlərə çata bilərik. Artıq avrokuboklardan kənarıq. Daha çox vaxtımız var ki, daxili oyunlara kökıənək.

- Həm "Səbail" görüşdə, həm də bu gün oyunçularınız fair-play qaydalarına riayət etmədi. Bu nədən irəli gəlir?
- Çox oyunçu bundan sui-istifadə edərək yerdə vaxt aparır. Hesab 0:0 olanda, vaxt aparırlar. Amma hesabda 0:1 geriyə düşən kimi vəziyyət dəyişir, əksini görürük.

- Ötən mövsüm Laurentsiu Regekampf da rumıniyalı futbolçu transfer etmirdi. Siz də, həmyerlilərinizə ehtiyac duymursuz. Bu nə ilə əlaqədardır?
- Gətirə bilməmişiksə, demək ki, xoşuma gələn olmayıb. Xoşuma gələnlərin də ya qiyməti yüksək olub, ya da müqavilələri var.

- Rza Cəfərov haqda fikriniz necədir?
- Gənc oyunçular haqda şərh vermək istəmirəm. Bundan qabaqkı matçda yaxşı oynadı. Bu gün etdiyi səhv onun üçün dərs olar, bundan nəticə çıxarar. Rza Azərbaycan üçün gələcəkdə yaxşı, perspektivli qapıçı ola bilər.

- "Neftçi"yə baş məşqçi təyin olunduqdan bu yana Rəhman Hacıyevə şans verirsiz, qollar vurur. Ondan gözləntiniz nədir?
- Çox yaxşı oyun nümayiş etdirir. Məşqlərdə də özünü yaxşı göstərir. Layiq olduğu üçün start heyətində oynadı. Öz performansı ilə buna layiq olduğunu göstərir. Ümid edirəm ki, bundan sonra daha da yaxşı oyun göstərəcək.

Ağa Dadaşzadə