Kevin Medina: “Kolumbiyadakı tətilimi ləğv etdim, bu gün Portuqaliyaya yollanacam”

Müsahibə
13 Dekabr 2023 17:32
1 076
Kevin Medina: “Kolumbiyadakı tətilimi ləğv etdim, bu gün Portuqaliyaya yollanacam”

“Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm”.

Bunu İdman.biz saytına sağ bud tendon vətəri qopan və Finlandiyada əməliyyat olunan “Qarabağ”ın futbolçusu Kevin Medina deyib.

30 yaşlı kolumbiyalı müdafiəçi cərrahi əməliyyatının uğurla bitdiyini bildirib: “Əməliyyatdan dərhal sonra həkim məni gəzməyə məcbur etdi. Təbii ki, çəlik vasitəsi ilə bunu etməyi bacardım. Müalicəm davam edir. Həkimlər 3-4 aydan sonra meydana qayıda biləcəyimi deyiblər”.

O, “Qarabağ”a tezliklə qoşulması üçün əlindən gələni edəcəyini vurğulayıb: “Bunun üçün hətta Kolumbiyadakı tətilimi belə ləğv etdim, səfəri təxirə saldım. Bu gün artıq Portuqaliyaya yollanacam. Orada məşhur klinikaların birində reabilitasiya prosesimi davam etdirəcəm. Qarşıdakı bayram günlərində belə öz üzərimdə işləyəcəm. Mümkün qədər hər şey üçün çalışacam ki, əvvəlki formamı yığım”.

Qeyd edək ki, Medina Avropa Liqasının qrup mərhələsinin V turunda Norveçdə “Molde” ilə keçirilən oyunun ikinci hissəsində zədələnib.

Banuçiçək Hüseynli
İdman.biz