"Neftçi" klubunun ev oyunlarını keçirdiyi "Neftçi Arena" təmirə bağlanır.
Arena ot örtüyündəki yenilənmə işləri ilə əlaqədar bir müddətlik təmirə bağlancaq. Bu barədə İdman.biz-ə "flaqman"ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev açıqlama verib. O bildirib ki, arenada bu gündən etibarən təmir işlərinə başlanılacaq, stadionda yeni ot örtüyü salınacaq.
Qeyd edək ki, "Neftçi" ötən gün Azərbaycan Premyer liqasının 4-cu turunda həmin stadionda "Qəbələ"yə 2:0 hesabla qalib gəlib.
Ağa Dadaşzadə
İdman.biz