“Qarabağ”ın Avropa Liqasında 8 mümkün rəqibi: “Milan”, “Qalatasaray”, “Benfika”...

Xəbərlər
14 Dekabr 2023 09:41
380
“Qarabağ”ın Avropa Liqasında 8 mümkün rəqibi: “Milan”, “Qalatasaray”, “Benfika”...

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsində ikinci pillədə yerini qoruyarsa, 8 mümkün rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, bu, Çempionlar Liqasının qrup mərhələsinin yekununa əsasən dəqiqləşib.

Qitənin ən nüfuzlu klub turnirində qrupda üçüncü yeri tutanlar mübarizəni Avropa Liqasında davam etdirəcəklər. “Qarabağ”ın potensial 8 rəqibi “Qalatasaray” (Türkiyə), “Milan” (İtaliya), “Şaxtyor” (Ukrayna), “Lans” (Fransa), “Feyenoord” (Niderland), “Yanq Boyz” (İsveçrə), “Benfika” və “Braqa” (hər ikisi Portuqaliya) olacaq. Bu mərhələnin püşkü dekabrın 18-də İsveçrədə atılacaq.

Qeyd edək ki, H qrupunda ikinci pillədə olan Qurban Qurbanovun yetirmələri “Hekken”lə (İsveç) bu gün keçiriləcək görüşdən sonra da mövqeyini qoruyarsa, bu 8 komandadan biri ilə qarşılaşacaq.

İdman.biz