“Neftçi”nin braziliyalısı: “Qarabağ”ın 2:0 hesabı ilə qalib gələcək, qolları da Juninyo vuracaq”

Müsahibə
14 Dekabr 2023 13:20
271
“Neftçi”nin braziliyalısı: “Qarabağ”ın 2:0 hesabı ilə qalib gələcək, qolları da Juninyo vuracaq”

“İstəyirəm ki, bu gün “Qarabağ” avrokubokda qələbə qazansın”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Yuri Matias bu gün keçirilən mətbuat konfransında deyib.

Braziliyalı müdafiəçi bu gün “Qarabağ”ın Avropa Liqasında “Hekken”lə oyunu ilə bağlı proqnozunu açıqlayıb. O bildirib ki, isveçlilərlə matçda əzəli rəqiblərinin qələbə qazanmasını arzulayır: “Bu qələbə bütün ölkə üçün böyük önəm kəsb edir. O səbəbdən də, “Qarabağ”ın qalib gəlməsini istəyirəm. Çox yaxşı heyətə malik komandadır. 2 yaxşı heyəti var. Bu oyunun nəticəsi bizimlə matça təsir etməyəcək”.

Matias oyunun hansı hesabla bitəcəyini də deyib: “Qarabağ”ın 2:0 hesabı ilə qalib gələcəyini düşünürəm. Hər 2 qolu da Olavio Juninyo vuracaq”.

Qeyd edək ki, “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də start götürəcək.

Emin Ağa
İdman.biz