Aqil Abbas: "Hekken"in itirəcəyi heç nəyi yoxdur, buna görə də...”

Müsahibə
14 Dekabr 2023 13:51
428
Aqil Abbas: "Hekken"in itirəcəyi heç nəyi yoxdur, buna görə də...”

“Hər zaman "Qarabağ"ın qələbə qazanacağına inanmışam. Yenə də bu düşüncədəyəm”.

Bunu İdman.biz saytına Milli Məclisin deputatı Aqil Abbas deyib.

O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - “Hekken” oyunu barədə fikirlərini açıqlayıb. Aqil Abbas bildirib ki, Ağdam təmsilçisi bu gün isveçlilər üzərində inamlı qələbə qazanacaq: “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanacaq. "Hekken"in isə itirəcəyi heç nəyi yoxdur. Buna görə onlar əllərindən gələni edəcəklər ki, biz məğlub olaq. Onların bu səyləri özlərinə qalacaq. Bu səbəbdən bizi gərgin mübarizə gözləyir. Amma bunun bir mənası yoxdur. "Qarabağ" hər bir halda qələbə ilə bu matçı qələbə ilə başa vuracaq. Matçın hansı hesabla bitməsi barədə fikir söyləyə bilmərəm. Bu barədə dəqiq bir proqnozum yoxdur. Ancaq qələbəyə köklənmək lazımdır. İnanıram ki, qələbə bizim olacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Hekken” matçı bu gün saat 21:45-də start götürəcək. Azərbaycan çempionu ikinci pillədəki yerini qoruyacağı halda Avropa Liqasında pley-offa yüksələcək.

Banuçiçək Hüseynli
İdman.biz