“Hazırki vəziyyətdə Avropada futbol oynamaq Musanı qane edir”.
İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının “Hekken”lə (2:1) oyunundan sonra oğlu Musa Qurbanlı ilə bağlı suala cavab verib. Qurbanov “Yurqorden”ə keçən gənc hücumçunun Avropadakı karyerasından razı qaldığını bildirib: “Musanın ümumilikdə fərqli xarakteri var. İstəyir ki, daim orada olsun. O, legioner həyatını daha çox arzulayır. Düşünmürəm ki, burada olmadığına görə, heyfslənir. Musa legioner həyatını daha çox sevir”.
Qeyd edək ki, ötən mövsümdə “Qarabağ”ın heyətində Azərbaycan çempionu olan Musa Qurbanlı yayda İsveçin “Yurqorden” klubuna keçib.
İdman.biz