Minifutbol üzrə Azərbaycan çempionatında III turun təqvimi açıqlanıb.
İdman.biz xəbər verir ki, matçlar 2 gündə keçiriləcək.
Dekabrın 19-da “Real Bakı” “Aznur”u, “Siyəzən” “Dirçəliş”i, “Birşaba Bakı” “Dinamo”nu “Atəşgah Suraxanı” “Abşeron”u sınağa çəkəcək.
Ertəsi gün isə daha 4 qarşılaşma baş tutacaq. “Baku Fire” “Turan”la, “Odlar Yurdu” “İnter”lə, “Qalaksi Şuşa” “Veteran”la, “Zirə” isə “Sumqayıtla” qarşılaşacaq.
Qeyd edək ki, görüşlər Bakı Tennis Akademiyasında olacaq.
İdman.biz