“Səbail”in qış hazırlıq planı müəyyənləşib.
Klubdan İdman.bizə verilən məlumata görə, Bakı təmsilçisi mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaq.
Yanvarın 5-17-də baş tutacaq təlim-məşq toplanışı zamanı “Səbail” “Miracle Resort” hotelində məskunlaşacaq. Komanda Antalyada 2 yoxlama oyunu keçirəcək. Rəqiblər Rumıniya Super Liqa təmsilçisi “Universitatea Cluj” (12 yanvar) və Rusiya Premyer Liqa klubu “Fakel” (15 yanvar) olacaq.
İdman.biz