"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
İdman.biz-in məlumatına görə, Ayaz Quliyevlə 3 illik müqavilə bağlanıb.
Azərbaycan əsilli yarımmüdafiəçi bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Quliyev Rusiyanın "Ximki" klubundan transfer edilib. "Spartak" (Moskva, Rusiya) klubunun yetirməsi olan Ayaz, karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin Rusiyanın "Anji" (2017-2018), "Rostov" (2018), "Arsenal" (Tula, 2021/22) və "Ximki" (2022-2023) klublarında çıxış edib.
Futbolçu Rusiyanın aşağı yaş qruplarından ibarət milli komandalarının üzvü olub.
Qeyd edək ki, Ayaz "Sabah"da 8 nömrəli formada çıxış edəcək.
İdman.biz