Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında növbəti oyununa çıxıb.
İdman.biz xəbər verir ki, təmsilçimizin şərəfini qoruduğu “Adana Dəmirspor” 17-ci tur çərçivəsində “Qaziantep”in qonağı olub.
Görüş məhsuldar heç-heçə ilə yekunlaşıb. “Adana Dəmirspor” 0:2 hesabı ilə geri düşsə də, məğlubiyyətdən qaçıb. Start heyətində meydana çıxan Məhəmmədəliyev görüşü əvəzolunmadan keçirib.
6 turdur qələbə qazana bilməyən adanalılar 24 xalla 6-cı pillədə qərarlaşıblar.
Qeyd edək ki, Şahruddin Türkiyə Superliqasında 4-cü oyununu keçirib. İlk üç qarşılaşmada məğlubiyyətə üzülən qapıçımız ilk dəfə 1 xala sevinib.
İdman.biz