“Sabah”ın qış hazırlıq planı bəlli olub.
Klubdan İdman.bizə verilən məlumata görə, Bakı təmsilçisi yanvarın 4-dən 15-dək Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək.
Toplanış çərçivəsində 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər qarşıdakı günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, “Sabah” 18 turdan sonra Premyer Liqada turnir cədvəlində 22 xalla 8-ci pillədə qərarlaşıb.
İdman.biz