“Sabah” qapıçı Nicat Mehbalıyevlə müqavilə müddətini uzadıb.
İdman.biz xəbər verir ki, 23 yaşlı qolkiperlə yeni anlaşma 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub.
2020-ci ildən "Sabah"da çıxış edən Nicatın komandadan gedəcəyi gözlənilirdi. Yekunda tərəflər yeni müqavilənin şərtlərində ortaq məxrəcə gəliblər və qapıçı klubda qalmaq qərarını verib.
Qeyd edək ki, Mehbalıyev “Sabah”ın heyətində ilk Premyer Liqa oyununu 2020/21-ci illər mövsümündə keçirib. O, bu mövsüm 4 qarşılamada komandanın qapısını qoruyub.
İdman.biz