“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində rəqibi olan “Braqa”nın futbolçusu Siku Niakate 2023-cü ilin ən intizamsız futbolçu olub.
İdman.biz xəbər verir ki, bunu İFFHS açıqlayıb.
24 yaşlı mərkəz müdafiəçisi il ərzində ölkə çempionatında 3, Portuqaliya kubokunda və Çempionlar Liqasında 1 dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.
Malili futbolçu bu göstəricidə “Lanus”lu Kristian Lemu və Xose Kanaleni qabaqlayıb. Onlar 4 dəfə meydandan kənarlaşdırılıblar.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında ilk oyun fevralın 15-də səfərdə, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda keçiriləcək.
Emin Ağa
İdman.biz