Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə 6 avtoqol qeydə alınıb.
İdman.biz xəbər verir ki, 4 komandanın futbolçusu öz qapısına qol vurub.
“Sabah” bu göstəricidə antirekordçudur. Paytaxt təmsilçisi avtoqolların yarısına imza atıb.
Bakı klubunun iki üzvü - Boyan Letiç və İshak Belfodil “Araz-Naxçıvan”, Con İrasabal “Neftçi” ilə görüşdə antiqəhrəman olub.
İlkin Qırtımov “Qəbələ”də, Numan Kurdiç “Araz-Naxçıvan”da, Adi Mehremiç “Səbail”də uğursuzluq yaşayıb.
4 klub rəqib qoluna sevinib. “Araz-Naxçıvan”la “Səbail” hərəyə iki, “Neftçi” və “Sumqayıt”ın bir matçında rəqib oyunçu qapıları səhv salıb.
İdman.biz