“Neftçi” Belarus yığmasının futbolçusunu heyətinə cəlb edə bilər.
İdman.biz xəbər verir ki, paytaxt klubu Maks Ebonqla maraqlanır.
24 yaşlı yarımmüdafiəçinin “Astana” ilə müqaviləsi dekabrın 31-də başa çatıb. Belarus mətbuatı sərbəst qalan futbolçunun “Neftçi” ilə danışıqlar apardığını yazıb. Soliqorsk “Şaxtyor”unun yetirməsi olan Ebonq 2020-ci ildə “Astana”ya keçib. O, Qazaxıstan təmsilçisinin heyətində 80 oyunda meydana çıxıb.
Qeyd edək ki, “Neftçi”də artq belaruslu futbolçu çıxış edir. Hücumçu Yeqor Boqomolski paytaxt klubunun şərəfini qoruyur.
İdman.biz