Amil Yunanov “Səbail”i “Kəpəz”ə dəyişir

Xəbərlər
2 Yanvar 2024 20:09
330
Amil Yunanov “Səbail”i “Kəpəz”ə dəyişir

Amil Yunanov Azərbaycan Premyer Liqasının 2023/22024 mövsümümn ikinci hissəsini “Kəpəz”də keçirəcək.

İdman.biz xəbər verir ki, “Səbail”in futbolçusu qərb klubu ilə ilkin razılıq əldə edib.

30 yaşlı hücumçu çempionatın ilk iki dövrəsində “Səbail”in heyətində nadir hallarda meydana çıxıb. Yunanov, əsasən sonradan meydana daxil olub və cəmi 1 qolla yadda qalıb. O, yanvarın 4-də start götürəcək “Kəpəz”in məşqlərində iştirak edəcək. Bu xəbəri Gəncə klubunun baş məqşçisi Adil Şükürov da təsdiqləyib.

Qeyd edək ki, Amil yayda “Şamaxı”dan “Səbail”ə azad agent kimi keçib.

İdman.biz